Türkiyəli müğənni İbrahim Tatlısəs ailəsindən narazılığını bildirib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, sənətçi aparıcılığını etdiyi "İbo show" verilişində ailəsi ilə bağlı açıqlama verib.
O, övladlarının gələcəyinin sığortaladığını deyib:
"Bu saatdan sonra heç kimə hesabat vermərəm, verdiyimi vermişəm. Övladlarımın gələcəyini sığortalamışam, artıq məsuliyyət daşımıram. Ailəm yanımdadır? Yox! Xəstəyəm, təkəm. Kimsə var yanımda? Yox!".