Hollivud aktrisası Holli Berri eyvanda çılpaq poza verərək pərəstişkarlarını sevindirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, həmin foto və şərhlər onun “Instagram” səhifəsində yer alıb.
56 yaşlı ulduz eyvanda dəmir hasara söykənərək stəkandan içki içərkən poza verdiyi səmimi fotosunu paylaşıb. Berri 630 min bəyənmə toplayan paylaşıma “Mən istədiyimi edirəm” deyə imza atıb.
Pərəstişkarları fotonun altındakı şərhlərdə aktrisanın görünüşünü yüksək qiymətləndiriblər. "Kraliça özünü belə aparmalıdır", "Ən gözəl", "Mən heyranam" yazıblar.