Mərkəzi Gömrük Hospitalında müalicə alan müğənni Səyyad Əlizadədən xəbər var.
Lent.az-a açıqlama verən ifaçının kürəkəni Razim Qasımov bildirib ki, S.Əlizadənin vəziyyətində dəyişiklik yoxdur: “Vəziyyəti elə stabil olaraq qalır. Hələ də süni nəfəs aparatına qoşuludu. Həkimlər əlindən gələni edir, amma xeyli irəliləyiş yoxdur. Allahdan ümidimizi kəsmirik”.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.