"Hamı küçədə qalıb, tək ev gəlini sənsən" - Günel Rəqsanəyə NƏLƏR DEDİ?
12 may 2021 17:02 (UTC +04:00)

"Hamı küçədə qalıb, tək ev gəlini sənsən" - Günel Rəqsanəyə NƏLƏR DEDİ?

Müğənni Rəqsanə İsmayılovanın Rusiyada işləmə gedən şou-biznes nümayəndələri haqda dediyi sözlərə bu dəfə Günel Ələkbərova münasibət bildirib.
Lent.az xəbər verir ki, sənətçi qarşı tərəfi ünvanına tənqidlər səsləndirib:

"Ayıbdır Vallah. Hamı küçədə qalıb, tək ev qızı, ev gəlini sənsən?! Danışığa bax. Bu nə özgüvən? Axı niyə belə edib özünü də, həmkarlarını da insanların gözündən salırsan? Hər kəsin özünə görə bir keçmişi var. Ona görə kimsə çox da dərinə getməsin".

Qeyd edək ki, Rəqsanə Rusiyada işləməyə gedən azərbaycanlı müğənniləri "Toydan sonra evinizə gedin. Gedib kişi məclisində oturmayın" sözləri ilə təhqir etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4107
avatar

Oxşar yazılar