Aparıcı Hacı Nuran Hüseynov mərhum müğənni Rüfət Mehdiyevlə olan arxiv fotolarını paylaşıb.
Lent.az xəbər verir ki, o, "Instagram" hesabında fotoları paylaşaraq onun doğum gününü qeyd edib. Aparıcı mərhum barədə "Yaşasaydı, 53 yaşı olacaqdı. Allah rəhmət eləsin..." - sözlərini yazıb.
Qeyd edək ki, müğənni Rüfət Mehdiyev 2011-ci ildə insultdan dünyasını dəyişib.