Türkiyənin tanınmış müğənnisi Gülben Ergen koronavirusa yoluxub.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, ifaçının meneceri Özgür Aras bu barədə məlumat yayıb. O, Gülbenin 10 gün öncə test verdiyini və cavabın müsbət çıxdığını bildirib. Müğənni evdə müalicə alarkən, uşaqlarını ataları Mustafa Ərdoğana əmanət edib.
Koronavirusun şiddətli əlamətlərindən əziyyət çəkməyən Gülben, may ayında koronavirus haqqında bu sözləri demişdi:
"Bütün dünyanın sınağı yalnız bizim deyil... Biz bu günləri tezliklə arxada qoyacağıq... Öz başıma gələnlərdən nəticə çıxararaq deyə bilərəm ki, bütün çətinliklərdən sonra günəş mütləq doğur”.