Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə muraciət edib.
Lent.az "oxu.az"a istinadən xəbər verir ki, bu məsələ öz məntiqi davamını tapıb.
Belə ki, L.Süleymanova özünün "Instagram" səhifəsində onun şikayəti ilə bağlı Bakının 17-ci Polis Bölməsinin apardığı araşdırmanın yekunlarını bölüşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirərək ondan izahat alıblar və qadından üzr istəməsini təmin ediblər.
Xanımın bildirdiyinə görə, "Bolt" taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək.