Müğənni Afət Fərmanqızının kimin tərəfindən məhkəməyə verildiyi məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, A. Fərmanqızını Xalq artisti Flora Kərimova məhkəməyə verib.
F.Kərimova Lent.az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət edib.
***
9 mart, saat 23:14
Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.
Lent.az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.
Şikayəti hakim Mahirə Kərimova araşdıracaq.
Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Müğənni ötən həftə məhkəmədə ifadə verib.