Müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğlu ilə arxiv görüntüsünü paylaşıb.
Lent.az-ın məlumatına görə, ifaçı 1999-cu ildə lentə alınan görüntüləri özünün "instagram" hesabında izləyiciləri ilə bölüşüb. F. Laçın həmin paylaşıma bu fikirləri əlavə edib:
"Tahir Əkbər: "Əzizim" 1999-cu il... Bu əsəri oxuyanda həyəcanlanmışdım. "Birdən alınmaz" deyə. Cavan idim... Böyük bəstəkarımız, rəhmətlik Tahir Əkbər dedi ki, oxuyacaqsan. Dedim, oxuyacam, amma Tacir kimi oxuya bilməyəcəm axı. Dedi, özün kimi oxuyacaqsan. Oxudum və ən sevilən duetlərimizdən biri oldu. Amma "kimdən küsdü cavanlığım?".