İş adamı Rza Zərrabın müğənni Hadisə ilə həyat yoldaşı Ebru Gündəşə xəyanət etməsi ilə bağlı yayılan iddialar böyük səs-küy yaradıb.
Ebru məhkəməyə boşanma ərizəsi ilə müraciət edərkən xeyli sübutlarının olduğunu bildirib. Onlardan biri də falçı qadının şahid olduqlarıdır.
Rza ilə Gündəşin illərdir fal baxdırdığı bir xanım var. Bir dəfə o Zərrabın dəvəti ilə Mayamiyə gedir. Həmin vaxt Rzanın evində Hadisə ilə qarşılaşır. Lakin gördüklərini kimsəyə danışmasın deyə onu tənbeh ediblər. Falçı qadın Türkiyəyə qayıdanda isə hər şeyi Ebruya danışır. (axşam.az)