"Evimi niyə göstərməyim?" - Manaf Ağayev
13 yanvar 2021 09:05 (UTC +04:00)

"Evimi niyə göstərməyim?" - Manaf Ağayev

 Müğənni Manaf Ağayev "Birə-Bir" verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı proqramda evindən, maşınından söz açıb:
"Hamı istəyir ki, gözəl evi, bağı, maşını olsun. Çünki biz gündəmdə olan adamlarıq, tez yadda qalırıq. Adamlar var bizim bağımız onun zirzəmisi boydadır. Onun adı heç hallanmır. Çünki onların evində çəkiliş olmur. Yaxud da elə adam var ki, bizim evimiz onun mətbəxi qədərdir. Niyə bunu dillərə dastan edirsiniz? Görürsünüz ki, evimə qonaq gəlib çəkiliş edir. Niyə göstərməyim evimi? Burada heç bir eyib yoxdur. Özüm öz zəhmətimlə ev tikdirmişəm.

O, adama bəxtəvərlik verərlər ki , pulunun haradan gəldiyi, necə qazandığı bilinməz. Bilirsiniz ki, mən müğənniyəm və bu sənətdən qazanıram. Kimin belə evi varsa, sağlığına qismət".

# 9666
avatar

Yalçın UĞUR

Oxşar yazılar