Anar Heybətov
14 dekabr 2020 13:59 (UTC +04:00)

Anar Heybətov

Əməkdar artist koronavirusa yoluxdu: "Virusu yayırlar"

Əməkdar artist Anar Heybətov koronavirusa yoluxub.
Lent.az-ın məlumatına görə, aktyor bu barədə sosial şəbəkədə yazıb: "Mən də COVID-19 virusuna yoluxdum. Təəssüf ki, insanlar arasında bu məsələyə məsuliyyətsiz yanaşanlar var. 

Özündə simptomları hiss edərkən, hərarət yuxarı olduqda, bunu gizlədirlər. Cəmiyyət arasında özlərindən qeyri-ixtiyari virusu yayırlar. Burada ayıb və utanılası bir şey yoxdur. Test verin və evdən çıxmayın, müalicə olunun. Hər kəs özünü, yaxınlarını qoruyarsa, tezliklə bu koronavirusa qalib gələrik. Şükür, artıq ağır günlər keçib. Allah hamıya şəfa versin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24849
avatar

Oxşar yazılar