Paparazzilər Elton Conu Leypsiq hava limanında əlil arabasında yaxalayıb.
Lent.az “Daily Mail”-ə istinadən bildirir ki, 75 yaşlı müğənni yorğun və pis vəziyyətdə görüntülənib.
Ancaq müğənni özü də bəzi səhhətində problemlər olduğunu gizlətmir.
2019-cu ildə verdiyi müsahibədə hitlərin müəllifi və ifaçısı ayağından aldığı zədə səbəbindən əlil arabasında hərəkət etmək məcburiyyətində qaldığını söyləyib.
Bir il əvvəl o, ayağındakı ağrılardan şikayətlənirdi.
“Yöndəmsiz şəkildə yıxıldım və o vaxtdan bud nahiyəmdə şiddətli ağrılar hiss edirəm” ,- deyə sənətçi özü haqqında bildirib.
Buna baxmayaraq müğənni sosial şəbəkədə yarımçıq qalan qastrol səfərini davam etdirmək niyyətində olduğunu bildirib.