Türkiyəli məşhur müğənni Demet Akalın koronavirus əleyhinə peyvənd olunduqdan sonra problem yaşayıb.
Lent.az ölkə mediasına istinadən xəbər verir ki, həyat yoldaşı Okan Kurtun koronavirus olmasından sonra testi pozitiv çıxan müğənni sağaldıqdan bir müddət sonra peyvənd vurdurmuşdu.
Bir müddətdir, Çeşmədə tətildə olan D.Akalın dünənki paylaşımı ilə diqqət çəkib. İyul ayının əvvəllərində peyvənd vurduran müğənni bu sözləri yazıb:
"Peyvənddən sonra günəş allergiyası meydana gəldi. Kabus, saat neçə oldu, hələ də yuxum yoxdur".