“Müharibə heç bir ölkəyə yaraşmır. Təəssüf ki, bitmir. Ancaq mülki insanları vurmaq müharibə deyil; qatillik, qəddarlıq və qeyri-insani bir şeydir. Dualarım Azərbaycanadır”.
Lent.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Hülya Avşar “İnstaqram” səhifəsində yazıb. İfaçının bu addımı izləyicilər tərəfindən bəyənilib.