Çılpaq şəkillərlə gündəm olan model başını bağladı - FOTO
14 oktyabr 2021 16:01 (UTC +04:00)

Çılpaq şəkillərlə gündəm olan model başını bağladı - FOTO

Hər addım ilə gündəm yaratmağı bacaran Şeyma Subaşı, hazırda Dubayda tətildədir. Gözəl model bu dəfə də “Instagram” hesabındakı paylaşımı ilə diqqətləri özünə çəkib.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Şeyma başını bağlayaraq foto çəkdirib və bunu sosial media hesabında paylaşıb.

Şeyma Subaşı, son aylarda misirli sevgilisi Məhəmməd Alsaloussi ilə birlikdə Mayamiyə köçmüşdü. Mayamini çox sevdiyini deyən fenomen, qızı Melisanı görmək üçün bir həftəlik İstanbula gəlib. Türkiyədə bacısı, ailəsi və dostları ilə vaxt keçirən Subaşı indi də Dubayda dincəlir.

Dubay turundan tez-tez fotolar paylaşan Şeyma başını bəbirə oxşar bəzəkli şalla örtərək şəkil çəkdirib və sevənləri ilə bölüşüb.

Subaşı "Yallah Şeyma" şərhi ilə fotosunu “Instagram” hesabının hekayə bölümündə paylaşıb.

# 7140
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar