Son vaxtlar xaricdə qatıldığı açılışlar və reklam çarxları ilə adından söz etdirən aktyor Burak Özçivitin il ərzində qazanacağı qonorar məlum olub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə Burak Özçivit və həyat yoldaşı aktrisa Fahriyə Evceni reklamlarında çəkmək istəyən brendlər 1 milyon dollar ödəməlidir.
Xatırladaq ki, ərəb ölkələrində daha çox sevilən aktyor, bir müddət əvvəl qonorar qarşılığında qadınlarla şam yeməyi də yemişdi. Onun bu cür məclislərlə sərvət qazandığı iddia edilir. Burak Özçivit qazandığı bütün pulu isə daşınmaz əmlaka yatırır.