"Avroviziya 2021"in qalibi Samirə Əfəndi olacaq".
Lent.az məlumat verir ki, bu barədə Böyük Britaniyanın məşhur "Daily Express" nəşri yazıb.
Yazıda bildirilib ki, müğənni "Mata Hari" mahnısı ilə çox sevilib.
Xatırladaq ki, yarışmanın böyük finalı bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. S.Əfəndi "Mata Hari" mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.