Xalq artisti Brilliant Dadaşova mərhum aktyor, əmisi oğlu Rafael Dadaşovun anım günü ilə bağlı paylaşım edib.
Lent.az-ın məlumatına görə, müğənni mərhumun xəstəliyi barədə paylaşımında üzüntüsünü belə ifadə edib:
"Rafa, heyif sən xəstəxanaya düşəndə Bakıda deyildim. Gələndən sonra əlimizdən gələni etdik, heyf, amma gec oldu”.
Xatırladaq ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov 2020-ci ildə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.