Bred Pittin premyerada ətək geyinməsinin SƏBƏBİ
04 avqust 2022 18:58 (UTC +04:00)

Bred Pittin premyerada ətək geyinməsinin SƏBƏBİ

Baş rol aldığı "Sui-qəsd qatarı" (Bullet Train) filminin Berlin qalasında ətək geyinən amerikalı aktyor Bred Pitt bu geyim seçimindən danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, filminin Los-Anceles premyerasına diqqət çəkən üslubu ilə qatılan Pittdən niyə ətək geyindiyi soruşulub.

Aktyor “Bilmirəm! Onsuz da hamımız öləcəyik, gəlin həyatı yaşayaq!” açıqlamasını verib.

Pitt həmin gecə qırmızı xalçanın üzərində qəhvəyi, dizdən yuxarı ətəyə üstünlük vermişdi. O, qeyri-adi görünüşü ilə sosial mediada gündəm olmuşdu.

Yeni filmi üçün ölkə-ölkə gəzən amerikalı aktyor nəhayət Los-Ancelesdəki rəngli premyera tərzi ilə yenidən diqqət çəkməyi bacarıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357
avatar

Oxşar yazılar