Uzun sürən məhkəmə çəkişməsindən sonra Bred Pitə də keçmiş həyat yoldaşı Ancelina Coli ilə birgə uşaqlarına qəyyumluq verilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, boşanmış cütlük 2016-cı ildən bəri uşaqlara qəyyumluq etmək üçün mübarizə aparır.
Bu işə nəzarət etmək üçün tutulan xüsusi bir hakim Con Oderkirk, Pittin lehinə qərar verib.
Qərarla Bredin uşaqlarla keçirə biləcəyi vaxt "əhəmiyyətli dərəcədə artracaq".
57 yaşlı Pitt və 45 yaşlı Coli 17 yaşlı Paks, 16 yaşlı Zaxar, 14 yaşlı Şaylo və 12 yaşlı əkizlər Vivyen və Noksu böyüdürlər. Cütlük eyni zamanda 19 yaşlı Meddoksu övladlığa götürüb, yaşına görə onun barəsində qəyyumluqla bağlı qərar verilə bilməz.
Məhkəmə prosesi bir neçə ay davam edib. Prosesdə çox sayda şahid, ekspert və terapevt iştirak edib.
Ancelina Coli məhkəmənin qərarı ilə razı deyil.