Aysel Şükürova
12 aprel 2022 15:18 (UTC +04:00)

Aysel Şükürova

Bardakı partlayışda yaralanan Ayseldən YENİ XƏBƏR

“Location” gecə klubunda yanğınla nəticələnən partlayışda xəsarət alan bloger Aysel Şükürova xəstəxanadan evə buraxılıb.

Bu barədə Lent.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Ayselin səhhəti kafi olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə 3 apreldə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib, üç nəfər həbs edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4356
avatar

Oxşar yazılar