Müğənni Sevda Kazımova və Ülvi Qılınc
23 mart 2021 13:16 (UTC +04:00)

Müğənni Sevda Kazımova və Ülvi Qılınc

Azərbaycanda iki məhşur müğənni koronavirusa yoluxdu

Müğənni Ülvi Qılınc koronavirusa yoluxub.

Lent.az-ın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, Ülvinin vəziyyəti ağırdır.

Ü.Qılınc hazırda evdə izolyasiya olunur və müalicəsi davam edir.

Ülvi Qılıncdan başqa daha bir müğənni Sevda Kazımova da koronavirusa yoluxub.

Bu barədə Lent.az-a ifaçının özü bildirib: "Hazırda xəstəxanadayam. Xəstəliyi ağır formasından tutmuşam. Həkimlər çox sağ olsun, mənə yaxşı nəzarət edirlər. Dualarınıza ehtiyacım var. İnşallah ümid edirəm ki, bu xəstəliyə qalib gələrəm. Çalışın ki, xəstələnməyin, özünüzü qoruyun. Hamının xəstələnməyi mənə təsir etdi, sonda özüm də xəstələndim".

# 9024
avatar

Oxşar yazılar