
Aynişan niyə boşanır? - ƏSL SƏBƏB BƏLLİ OLDU
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva fitnes müəllimi olan həyat yoldaşı Kənandan boşanmasından danışıb.
Lent.az-ın məlumatına görə, Aynişan bildirib ki, boşanma tam rəsimləşməyib: "Ölkəmiz üçün belə məsuliyyətli günlərdə məndən asılı olmayan səbəblərdən arzulamadığım bir mövzuda yenidən gündəmə gəlməli oldum. Ölkəmizdə və dünyada olan bir çox ailələr kimi bizim də aramızda müəyyən problemlər, xasiyyət uyğunsuzluğu yarandı. Bunun bir hissəsi yaya təsadüf etdiyi üçün boşanmağımızla bağlı xəbər yayıldı. Bunu bir çoxları müxtəlif formada yozub, reklamla əlaqələndirdilər. Hər bir normal ailənin daxilində baş verən hadisə idi.
Tanınmış olmağım şəxsi məsələlərin yayılmasına səbəb oldu. Bütün bunlara baxmayaraq, biz ilk addımda dağıtmaq üçün qurmadığımız ailəni qorumaq məqsədi ilə bir-birimizi başa düşmək üçün zaman vermək qərarına gəldik. Ancaq görünən o oldu ki, aramızdakı problemləri həll edə bilmədik. Bunları nəzərə alaraq 2 həftə əvvəl boşanmaq üçün rəsmi müraciət etdik. Hazırda proses qanunla tam başa çatmayıb. Müvafiq qurumun yekun qərarını gözləyirəm".
Qeyd edək ki, Aynişan və Kənan bu ilin fevralında ailə qurub.

Yalçın UĞUR
Oxşar yazılar

Kamillə Gülay boşandı ? - CANLI YAYIMDA AÇIQLADI
22 yanvar 2021 , 13:40
"30 ildən sonra indi asqırıb, ayılıb?" - İzzətlə Qorxmaz arasında QALMAQAL
22 yanvar 2021 , 09:12
Kamil Zeynallı CANLI YAYIMDA
21 yanvar 2021 , 15:00
Sevda efirdə AĞLADI - VİDEO
21 yanvar 2021 , 13:31
Azərbaycanlı müğənni Türkiyədə hədəfdədi
21 yanvar 2021 , 13:15
"Azadlıqda gəzməyimi bu insana borcluyam" - Manaf Ağayev - VİDEO
21 yanvar 2021 , 10:35
Milyarderlə evlənəcək bu məşhur gündəm oldu-FOTO
21 yanvar 2021 , 09:10
Bu da aşıq Zülfiyyənin DƏBDƏBƏLİ EVİ - VİDEO
19 yanvar 2021 , 14:59