Xalq artisti Aygün Kazımova ötən gün rəqqasə Fatimə Fətəliyevanın doğum gününə qatılıb.
Lent.az-ın məlumatına görə, müğənni səhnədə jurnalistlərə səslənib:
"Bizim artıq çəkilərimizdən, pis, yaraşmayan geyimimizdən yazmayın. Hər zaman gözəl görünmək istəyirik. Üstümüzə gəlməyin. Həmişə istəyirik, gözəlliyimizdən yazasınız. Yaxşı ki, bu proqramlar var. Narahat olurduq ki, fotoda necə düşürük".