Aktrisanın üzü dünyanın ən idaeal siması oldu
21 iyun 2022 06:00 (UTC +04:00)

Aktrisanın üzü dünyanın ən idaeal siması oldu

Hollivud aktrisası Ember Herd mükəmməl üz nisbətlərinə malikdir. 

Lent.az xəbər verir ki, bu barədə Londondakı Qabaqcıl Kosmetik və Üz Plastik Cərrahiyyə Mərkəzindən doktor Julian De Silva bildirib.

Britaniyanın “Unilad” portalının məlumatına görə, mütəxəssis 2016-cı ildə dünyanın ən gözəl üzünə kimin sahib olduğunu müəyyən etmək üçün sifətin xəritələşdirilməsi metodlarından istifadə edərək empirik araşdırma aparıb.

O, araşdırmasında qeyd edib ki, Pifaqor “gözəllik kodu” və ya 1:1,618 nisbətini bildirən qızıl nisbəti hesablayıb. İdeal görünüş haqqında danışırıqsa, onda aşağıdakı nümunə qızıl nisbətin nümunəsi kimi xidmət edəcəkdir: üzün hündürlüyü onun eninə bölünür və 1,618-ə bərabərdir; ağız eni burun eninə bölünür, 1,618-ə bərabərdir və s.

Phi nisbətinin burun, dodaqlar, gözlər, çənə və üzün ümumi forması da daxil olmaqla üz xüsusiyyətlərinin ideal nisbətini müəyyən etdiyi vurğulanır. Bu nəzəriyyəyə görə Hurd 91,85 xal qazandı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Oxşar yazılar