Bir neçə gün öncə şairə Nazilə Səfərli yataq xəstəsi olan meyxanaçı Ağakərimi (Kərim Novruzov) ziyarət etmək üçün evinə yollanıb.
Lent.az-ın xəbərinə görə, həmin vaxt meyxanaçının oğlu şairəni evə buraxmayaraq demişdi ki, Nazilənin məqsədi reytinq tutmaqdır.
Onun bu sözləri Səfərlini özündən çıxarıb: “Deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa “duxu” çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə üç ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”.