Müğənni Afət Fərmanqızı sosial şəbəkədə paylaşımı ilə yenə diqqət çəkib.
Lent.az xəbər verir ki, o, "Instagram" hesabında Təranə Qumral və Musa Musayevlə video paylaşıb.
Belə ki, videoda T.Qumral A.Fərmanqızının başından gül ləçəkləri tökür, sonra isə Musa Musayev də onlara qoşulur.
Afət paylaşıma "Hər zaman xoş günümdə yanımda olan. Ürəyim mənim, sən o qədər gözəl qəlbli xanımsan ki, Allah sənə hər gözəlliyi nəsib edib. Gözəl ailə, tərbiyəli balalar, bir sözlə, səndən öyrəniləsi çox şeylər var. Sənə də zaman-zaman tələ qurdular, amma, yel qayadan heç nə apara bilmədi. Xalqımız da sağ olsun ki, ağı qaradan seçdi. Çünki, yel qayadan heç nə apara bilməz", sözlərini yazıb.
Onun bu sözləri izləyicilər tərəfindən "ünvanlıdır", deyə düşünülüb.
Qeyd edək ki, Afət Fərmanqızı müğənni həmkarı Nazəninlə uzun müddətdir küsülüdür.
Xatırladaq ki, Nazəninlə Təranə Qumral arasında başlayan qalmaqalın sonu Nazəninin xeyrinə başa çatıb. Məhkəmənin hökmü ilə Təranə Qumral 4000 manat cərimə ödəyib.