"Aciz və cahil"  : Tatlısəsin qızı onu tənqid edənlərə elə cavab verdi ki...
21 oktyabr 2022 14:29 (UTC +04:00)

"Aciz və cahil" : Tatlısəsin qızı onu tənqid edənlərə elə cavab verdi ki...


Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin qızı Dilan Çıtak Tatlıses paylaşdığı fotolara lağ edənlərə cavab verib.

Lent.az xəbər verir ki, bu yaxınlarda ərə gedən Dilan gəlinliklə paylaşdığı şəkillərə tənqidi şərhlər yazanlara qəzəblənib:

“Mənimlə əlaqəsi olmayan bu axmaqca görüntüləri hazırlayan və yayımlayan hörmətli mətbuat, sizə, həqiqətən, heyranam. Yaxşı, 25 kiloqram deyiləm, amma 64 kilo olduğumu 67282 kilo kimi təqdim etməyi bacardığınız üçün (fotoşopla olduqca çox şişirilmişəm) çox, amma çox, çox təşəkkürlər. Yazılan heç bir şey bu günə qədər təəssüf ki, vecimə olmadı, olmayacaq da. Amma bəzi insanların bu dəyərli günümdə mənimlə əlaqəli axmaqcasına şərhlər yazmaları sərhədi aşdı. Yazdıqları gülməli deyil, üzücüdür. Çox üzülürəm… 

Təəsüflər olsun ki, ölkəmdə bu qədər aciz və cahil insanların olmasına şahid olduğum üçün üzülürəm. Kitab oxuyun, rəsm çəkin, psixoloqa gedin, sənədli film izləyin, heyvan sevin, velosiped sürün, piyada gəzin, ya da sadəcə dayanın. Amma buralarda gəzib “hər kəsə toxunacağam” deyən boş bir beyni özünüzə layiq bilməyin”.

Qeyd edək ki, Dilan Çitak Tatlıses səkkiz ildir münasibətdə olduğu Levent Dörter ilə bu ilin oktyabr ayında ailə qurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Nigar Namiq

Oxşar yazılar