Məşhur aktrisa Pelin Karahan evini dəyişdirmək üçün tətilinə bir günlük ara verib.
Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, 2 aydır Bodrumda tətildə olan Pelin Karahan bir günlük İstanbula gəlib. Aktrisa bir gün əvvəl Etiler, Ulus və Bebek arasında görünüb.
Karahan Avropa tərəfdə yaşamaq istədiyi üçün gün ərzində əmlak agenti ilə birlikdə 10-a yaxın evə baş çəkib.
Təlaşlı olduğu müşahidə olunan aktrisa “Evimizi dəyişdirəcəyik. İstanbula bir günlük gəldim. Uşaqlar Bodrumda qalıb. Axşam onların yanına qayıdacağam", - deyib.