40 il səhnədə: məşhur müğənni yubiley konsertinə  hazırlaşır
25 avqust 2026 04:26 (UTC +04:00)

40 il səhnədə: məşhur müğənni yubiley konsertinə hazırlaşır

0

Filippin musiqisinin tanınmış siması Pops Fernandez şou-biznesdə fəaliyyətinin 40 illiyini böyük konsertlə qeyd etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, bu barədə ABS-CBN məlumat yayıb.

Müğənninin yubiley konsertinin noyabrın 26-da keçirilməsi planlaşdırılır. Fernandez 1980-ci illərdən etibarən Filippin əyləncə sənayesinin əsas simalarından biri hesab olunur.

40 illik karyerası ərzində o, həm solo ifaçı, həm də televiziya aparıcısı kimi fəaliyyət göstərib. Yeni konsertində isə karyerasının ən məşhur mahnılarını pərəstişkarları üçün yenidən səsləndirməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 46

Oxşar yazılar