Hollivud ulduzları Cennifer Lopez və Ben Afflek yenidən nişanlanıblar. Afflek sevgilisinə evlilik təklifi edib və ona böyük yaşıl brilyantlı üzük hədiyyə edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Lopez bu barədə “On the Jlo” bloqunda bildirib.
“Həmişə deyirəm ki, yaşıl mənim xoşbəxt rəngimdir. Bəlkə müəyyən bir yaşıl paltarı xatırlayırsınız. Yaşıl geyinəndə həyatımda heyrətamiz şeylərin çox olduğunu başa düşdüm”, - Lopez qeyd edib.
Lopez və Afflek “Cili” filminin çəkiliş meydançasında tanış olublar. Süjetə görə, onlar sevgililəri oynamalı idilər. Amma bu böyük və parlaq hiss onları təkcə çəkiliş meydançasında deyil, real həyatda da bürüyüb.
Onların sevgi romantikası sürətlə inkişaf edib. 2002-ci ildə nişanlanıblar. Pərəstişkarları dəbdəbəli toy mərasimi gözləyərkən sevgililər ayrıldıqlarını açıqlayıblar.
Uzun illər praktiki olaraq ünsiyyət qurmayıblar. Cəmi bir il əvvəl onların birgə fotoları sosial şəbəkədə görünməyə başlayıb. Məlum olub ki, onlar yenidən birləşiblər. Yenidən birləşmədən bir il keçməmiş Afflek yenidən Lopezə evlilik təklifi edib. Yenidən toya hazırlaşırlar. Ümid edirlər ki, bu dəfə onlar qanuni həyat yoldaşı olacaqlar.