Sibel Can Telman İsmayılovla bağlı suala qəzəbləndi
“Mən anayam, mənə belə suallar verməyin”
Məşhur müğənni Sibel Can azərbaycanlı iş adamı Telman İsmayılovla sevgili olduğu barədə yayılan xəbərlərdən qəzəblənib.
Lent.az-ın məlumatına görə, müğənni həmkarı Fərhad Köçərin Türkiyənin “Show TV” kanalında yayımlanan “Biri bana gəlsin” proqramına qonaq olub. Sinə və ayaq dekolteli paltarlı ilə diqqəti çəkən müğənni iş adamı ilə bağlı suala “mən anayam, adımın belə xəbərlərə qarışması yersizidir, mənə belə suallar verməyin”, deyərək əsəbiləşib.
Qeyd edək ki, ikinci həyat yoldaşı, iş adamı Sülhü Aksütdən boşanmaq üçün məhkəməyə müraciət edən Canın İsmayılovla eşq macərası yaşadığı barədə xəbərlər yayılıb. Hətta onun ailəsini bu münasibətə görə dağıtdığı da iddia edilir.

2445