Adının baş hərfini de, necə sevdiyini deyim...
31 mart 2009 11:00 (UTC +04:00)

Adının baş hərfini de, necə sevdiyini deyim...

Eşq - həyatımızın ən özəl hissidir. Bəs adlarımız eşqimizə təsir edirmi? Lent.az-ın məlumatına görə, mütəxəssislər adların insan xarakterinə təsiri olduğunu açıqlayıb. Beləliklə, adlarımızın baş hərifləri aşağıdakıları söyləyir:

A: Münasibətlərinizdə mütləq romantiklik axtardığınızı demək olmaz. Daha çox bəlli prinsiplər diqqətinizi çəkir. Hərəkət lazımdır sizə, hərəkət. Və bunu məşğul olduğunuz hər bir işdə diqqətdən qaçırmayın. Qarşınızdakını sizinlə görüşməyə çıxmağa qədər gözləməyə səbr göstərmirsiniz. Amma fikirlərinizi açıq-aydın söyləməkdə sizə heç bir sözümüz yoxdur. Həyat yoldaşı kimi seçdiyiniz insan çox çəkici olmalıdır. Özəlliklə də zahirən, fiziki göstəricilərinə görə. Çünki bir şəhvət düşkünü olaraq buna çox önəm verirsiniz.

B: Həssaslıq və romantizm sizin əsas xüsusiyyətinizdir. Şam işığında yemək, ay işığında gəzinti sizin üçün ideal bir şeydir. Sevgiliniz gərək həmişə sizə hədiyyələr alsın, çünki bu cür jestlərdən çox xoşlanırsınız. Xüsusilə də seks məsələsində iradəniz çox qüvvətlidir. Sevginizi ifadə etmək qabiliyyətiniz əla hesab edilə bilməz.

C: Sosial bir tipsiniz. Siz kiminləsə görüşmədən dura bilməzsiniz. Sevgiliniz yandı, çünki həmişə yanınızda olmaq məcburiyyətindədir. Çox həssasınız və qarşınızdakının hisslərini də anlayırsınız, bəs sizcə seks də önəmli deyil? Bir az zəhlətökənsiniz, sevgiliniz hərdən sizə dözmək zorunda qalır. Seksi sevirsiniz, amma çox uzun zaman həyatınızda seks olmadan da yaşaya bilirsiniz.

D: Bircə şey beyninizə doldusa, onu mütləq əldə etməlisiniz. Hətta imkansız olan şeylərdən asanlıqla vaz keçmirsiniz. Xeyirxahlığın bu qədəri də bir az çoxdur. Elə populyar olmağınızın da səbəbi budur. Sifətiniz bunlardır: intim cəhətdən cazibədar, qısqanc, bir az da zəhlə tökən.

E-Ə: Seks sizin üçün zövqdən də üstün olan bir şeydir! İş, stress, xarici təsirlər seks həyatınıza çox asanlıqla mənfi təsir göstərir. Amma hər şeyə rəğmən heç vaxt seks hisslərini tamamən itirmirsiniz. Əsas ehtiyacınız daimi diqqətdir. Allah köməyiniz olsun.

F: İdeal sevgili, ideal romantik. Sevgilinizi müqəddəsləşdirirsiniz. Üstəlik də bundan zövq alırsınız. Kənardan bəlkə də hər şeyi görüntü üçün etdiyinizi düşünə bilərlər, amma içinizdə çox isti və romantik bir insan var. ümid edək ki, arxasınca qaçdığınız məhəbbətə çata biləcəksiniz.

G-Q: Sizin üçün əsas iki söz söyləmək olar: müşkül insan və xırdaçı. Bir az işin dərinliyinə gedirsiniz. Statusu sizdən yüksək olan insanlarla münasibət qurmaq üçün ürəyiniz gedir. Ayrıca bir xüsusiyyətiniz də var: erotizmin zirvəsinə necə çata biləcəyinizi yaxşı bilirsiniz.

H: Daim nələrisə araşdırırsınız. Üstəlik nə axtardığınızı da yaxşı bilirsiniz. Bu sizi hər tərəfdən zənginləşdirəcək bir partnyordur. Onun üçün hər ey edə bilərsiniz. Amma bunu gələcəyi düşünərək, məqsədli şəkildə etməyiniz o qədər də yaxşı deyil. Etiraf edin ki, hərdən bunu edirsiniz.

İ: Sevilmək üçün yaradılan birisiniz. Sevgilinizin sizə vurğun olması üçün hər şey edə bilərsiniz. Amma unutduğunuz bir şey var ki, hər şeyi həmişə ondan gözləyirsiniz. Çox tez küsməyinizin də səbəbi budur. Sizin üçün əsas olan güvəndir. Seks isə sadəcə doyurulması gərək olan bir ehtiyacdır.

J: Müdhiş bir fiziki enerjiniz var. Sevişərkən heç bir güc sizi durdura bilməz. Yalnız partnyorunuzun yorulmasından başqa. Sizin üçün əks cinslə münasibət bir meydan oxumağa bənzəyir. Romantik olduğunuzu söyləyə bilərik, lakin sizi ən çox başdan çıxarmaq maraqlandırır. İdeal məhəbbətə inanırsınız. İşiniz heç də asan deyil.

K: Utancaq və çəkingən bir insan kimi görünürsünüz. Amma son dərəcə şəhvətli və həssassınız. Nədənsə bunu heç kimə bəlli etmək istəmirsiniz. Ticarət qabiliyyətinizə maşallah. Bu işin bütün detallarına hakimsiniz. Ciddi görünüşünüz insanlarda bir az çəkingənlik yaradır. Aldatmağa və aldanmağa nifrət edirsiniz.

L: Məhəbbət sizin üçün xəstəlik kimidir. Sevilməkdən çox, sevməyə üstünlük verirsiniz. Birinə bağlanmaq süzün üçün çox dəyərlidir. Məhəbbət məsələlərində hər tərəfdən qazanmağınız mütləqdir. Bu üzdən də bir az meymun iştahlısınız. Yəni hər dadı dadmaq potensialına sahibsiniz. Bu duzludur, dadlı, yoxsa acı? Sevgilinizin işi çətindir, çünki intellektual olmaq məcburiyyətindədir.

M: Çox həssasınız. Bir münasibət qurduğunuz zaman bütün mənliyiniz əriyib gedir. Seks azadlığına inandığınızı göstərsəniz də bu heç də belə deyil. Fantaziyalarınız və seksual enerjiniz tükənənə oxşamır. Birlikdə olduğunuz insanı bir uşaq kimi müdafiə edirsiniz. Amma onun bundan sıxıla biləcəyi barədə heç düşünmürsünüz.

N: Sizi yaxından tanıyanların heç vaxt inanan bilməyəcəyi iki sifətiniz var. Məsum və çəkingən. Bu, sadəcə xarici görünüşünüzdür. Və son dərəcə aldadıcı. Seks məsələsində çox qabiliyyətlisiniz. Seksdə tək tərəfin aktivliyinə heç dözə bilmirsiniz. Mükəmməllik tələb edirsiniz. Buna görə də sizin standartlarınıza uyğun birini tapmaq çox çətin olur.

O-Ö: Oooo, seks düşkünü! Amma bir az da çəkingənsiniz. Enerjinizi başqa istiqamətlərə də yönəlməyinizin səbəbi budur. Pul və güc sizin üçün çıxış yoludur. Seksə düşkün olsanız da münasibətlər zamanı buna çox ciddi bir iş kimi yanaşırsınız və qarşınızdakı sadəcə bir seksual obyektdir. Buna görə də çox vaxt etirazla qarşılanırsınız.

P: Sizin üçün həyatın anlamı sosial statusdur. Kiminləsə birlikdə ola bilməniz çətindir. Çünki əli, üzü düzgün olmayan biri sizin statusunuzu aşağı salır. Bundan başqa həm də çox ağıllı olmalıdır, çünki siz mübahisəsiz, müzakirələrsiz dayana bilmirsiniz və bu sizin bir ehtiyacınızdır.

S-Ş: Çox danışqansınız. Ən çox danışmaqdan zövq alırsınız. Yoldaşınız dinləməyi xoşlamırsa, yandınız. Bu zaman onu dəyişdirmək məcburiyyətindəsiniz. Çünki danışmaq sizin üçün bir ehtiyacdır. Həyatınızda hər şey yerində, səliqəli olmalıdır. Qarışıqlığa, uyğunsuzluğa nifrət edirsiniz. Siz hər şeyə nəzarət etmək istəyirsiniz. Həyatınızda çox münasibətlər yaşayırsınız. Sizin üçün kiminləsə münasibət qurmaq seksdən önəmlidir. Amma bircə dəfə ürəyinizi kiməsə verdinizmi, o zaman həyatın ən sadiq insanına çevrilirsiniz. Sizə uyğun bir sevgili tapa bilməyəndə, yaxşı bir kitabla da keçinə bilirsiniz.

T: Tam bir romantik. Məhəbbətə düşkünsünüz. Münasibət qurmaq üçün ideal birisiniz. Aşiq olduğunuz zaman romantiksiniz və buna görə də tez inciyirsiniz. Balaca bir çatışmazlıq olarsa bunu düzəltmək üçün hər şey edə bilərsiniz. Amma unutduğunuz bir şey var; ayaqlarınızı yerə sağlam basmağa gələndə romantizm gedir və gerçəklərə baxırsınız.


U - Ü: Tam bir paradoks. Aşıq olarkən çox realist olursunuz. Seks isə sadəcə doyurmalı olduğunuz bir ehtiyacdır. Hərdən isə məhəbbətə aşiq olduğunuz üzə çıxır. Hər zaman sizə dəyər verəcək birini axtarırsınız. Sevmək üçün yaradılıb. Sevgilisini hər şeydən üstün tutar.

V: Siz düzələn deyilsiniz, hər zaman azadlıq və həyəcan axtarırsınız. Üstəlik, sizdən üstün olan insanlar diqqətinizi çəkər və sizi əfsunlayar. Ya yaşca böyük, ya da kiçik insanların arxasınca qaçarsınız. Bu üzdən də bütün münasibətləriniz təhlükədədir.

Y: Müstəqillik sizin üçün ən vacib olan məsələdir. Bir ilə olmağınız çox çətindir. Hər zaman özünüzü sübut etmək məcburiyyətindəsiniz. Ən çox da sevgilinizə qarşı. Bəs o da özünü sübut etməyə çalışsa? Amma Allah naminə deyək ki, son dərəcə açıq ve çəkici bir insansınız. Seksə önəm verirsiniz. Amma pul daha önəmli. Nə ayıb!

Z: Məhəbbətin acı çəkmək olduğunu artıq bilirsiniz. Səmimi, həssas, duyğusal və xəyalpərəstsiniz. Başı dərddə olan insan üçün sizdən yaxşı biri ola bilməz. Üstəlik, hər zaman da sevgilinizi pis vəziyyətlərdən qurtara bilirsiniz. Amma özünüz barədə kiminləsə nəyisə bölüşməyi sevmirsiniz. Özəl həyatınızı, sirlərinizi elə özünüzdə saxlayırsınız. O qədər bəlli olmasa da seksi sevirsiniz. Evlənmək məcburiyyətinizdəsiniz, yoxsa başqa cür ola bilmirsiniz.
# 3243

Oxşar yazılar