"Bunlar məni pis günə qoydu" - Aybəniz Haşımova
25 iyul 2020 19:46 (UTC +04:00)

"Bunlar məni pis günə qoydu" - Aybəniz Haşımova

"24 ildir uşaqlar yetişdirir festivallara aparıram. Ermənilərin təxribatlarını orada da görürəm. Onlar uşaqlarına da öyrədirlər ki, orada təxribat yarat, hamı onları pis tanısın. Bir dəfə festivala getmişdim. Ermənilər ora zəng vurub deyiblər ki, Azərbaycan qrupunun rəhbərinin əri şəhid olub, orda dava salacaq, qovun onu. Biz getdik, hamı bizlə ehtiyatla davranırdı. Sonra onlar özləri provakasiya etməyə başladılar. Gedib köynək geyindilər: arxasında erməni xəritəsi, ortadan Qarabağ yazılıb. Rəsmi müraciət etdim və köynəkləri çıxartdırdım. Onda dedilər ki, onlar deyirdi siz bura adam öldürməyə gəlmisiniz".

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova "Zaurla Günaydın" proqramında deyib. Müğənni xaricdə qatıldığı festivallarda ermənilər tərəfindən ona qarşı edilən təxribatlardan söz açıb.

Şəhid olan həyat yoldaşı Xalid Quliyevdən söz açan Haşımova bildirib ki, hər dəfə cəbhədə atəşkəs pozulanda həmin anları yenidən yaşayır:

"Hamımızın gözlədiyi məqam var, Qarabağdan Azərbaycan bayrağı asılsın. Mənim taleyim şəhid oldu. Bilməliyəm ki, bunun əvəzində torpağımız geri alındı, qan batmadı. Hər dəfə torpağımız uğrunda hərbiçilərimiz şəhid olanda yaralarım daha betər qanamağa başlayır. Son günlər izlədiyim proseslər məni lap pis günə qoydu".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13513
avatar

Oxşar yazılar