Yol qəzalarında 4 nəfər öldü -  KRİMİNAL XRONİKA
29 iyun 2022 11:12 (UTC +04:00)

Yol qəzalarında 4 nəfər öldü - KRİMİNAL XRONİKA

İyunun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

# 2808
avatar

Mehman Nəbiyev

Oxşar yazılar