"Xütor"da KÜTLƏVİ HƏBSLƏR  - VİDEO
26 avqust 2022 11:34 (UTC +04:00)

"Xütor"da KÜTLƏVİ HƏBSLƏR - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb. Bu şəxslərdən 10-u barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb.

Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.

"Xütor"da əməliyyat

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4400

Oxşar yazılar