Uşaqlarının yanında arvadını döyə-döyə öldürmüşdü, məhkəməsi başlayır
27 yanvar 2022 09:17 (UTC +04:00)

Uşaqlarının yanında arvadını döyə-döyə öldürmüşdü, məhkəməsi başlayır

Şamaxıda arvadını öldürməkdə təqsirli bilinən Şakir Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin icraatına verilib.

Qeyd edək ki, istintaqla zərərçəkmişin əri, 37 yaşlı Ş.Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ş.Cəfərova CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Mehman Nəbiyev

Oxşar yazılar