Türkiyənin dünyada axtardığı nüfuzlu mafiya başçısı  TUTULDU
21 avqust 2025 19:04 (UTC +04:00)

Türkiyənin dünyada axtardığı nüfuzlu mafiya başçısı TUTULDU

Rusiya Türkiyə hüquq-mühafizə orqanları tərəfindən xüsusilə ağır cinayətlərə görə axtarışda olan üç cinayətkarı vətənlərinə deportasiya edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hər üçü Soçidə İnterpol, FTX, polis və Rosqvardiyanın birgə əməliyyatları nəticəsində saxlanılıb.

Saxlanılanlardan biri Türkiyənin ən nüfuzlu mütəşəkkil cinayət qruplaşmalarından birinin rəhbəri olub və qanunsuz silah, eləcə də narkotik dövriyyəsi də daxil olmaqla bir sıra cinayətlərdə ittiham edilir.

Digər cinayətkar İstanbulun bir kafesində baş vermiş atışmada iştirakına görə axtarılıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, bir nəfərin öldüyü məlumdur.

Üçüncü saxlanılan isə qanunsuz miqrant daşınması ilə məşğul olurdu. O, tranzit zamanı 15 miqrantı daha az adam üçün nəzərdə tutulan kiçik qayığa yerləşdirib. Nəticədə qayıq batıb və yalnız beş miqrant sağ qalıb.

Hər üç cinayətkar Soçi hava limanında Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verilib və vətənlərinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar