Sumqayıtda silahlı   saxlanıldı: taxta sexində  gizlətmişdi
26 iyun 2023 17:47 (UTC +04:00)

Sumqayıtda silahlı saxlanıldı: taxta sexində gizlətmişdi

Sumqayıtda silahlı saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İnşaatçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov ələ keçirilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.

Araşdırmalarla onun odlu silah gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində yerləşən taxta sexlərinin birində gizlətdiyi nömrəsi silinmiş “Baykal” markalı tapança və 176 ədəd patron da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 2178
avatar

Oxşar yazılar