Sevgilisini güllələyən qısqanc kişi maşında intihar etdi
05 mart 2025 11:46 (UTC +04:00)

Sevgilisini güllələyən qısqanc kişi maşında intihar etdi

Rusiyanın Sankt-Peterburq şəhərində sevgilisini güllələyən kişi avtomobildə intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki,  hadisə Kronverkski prospektində, ev 49-un yaxınlığında baş verib. 53 yaşlı kişi qısqanclıq zəminində 38 yaşlı qadına tapançadan atəş açıb. Nəticədə yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra cinayətkar özünə məxsus avtomobillə ərazidən qaçıb. Həmin avtomobil də polis tərəfindən axtarışa verilib.

Cinayətkarın meyiti hadisədən sonra idarə etdiyi avtomobildə tapılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun başından güllə yarası aşkarlanıb.

Versiyalardan birinə görə, atəş açan şəxs intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar