Rusiyada homoseksual iki kişinin başını kəsdi  - FOTO
13 sentyabr 2023 11:34 (UTC +04:00)

Rusiyada homoseksual iki kişinin başını kəsdi - FOTO

Ötən gün Moskvada iki başsız meyit tapılması barədə xəbər vermişdik.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hər iki qətlin Özbəkistandan olan homoseksual tərəfindən törədildiyi məlum olub.

Məlumata görə, ilk öldürülən kişi Buryatiyadan Moskvaya gələn yaşlı bir “turist” olub. Moskvaya gələndə o, gey miqrantı lentə almaq istəyib. Lakin Festivalnaya küçəsindəki mənzildə kişilər qiymətdə razılaşmayıblar. Mübahisə zamanı homoseksual buryatiyalı yaşlı kişinin başını kəsib.

Cinayətkar daha sonra parka qaçıb və orada növbəti qətli törədib. Parkda öldürdüyü şəxsin də əvvəllər cinsi əlaqədə olduqları Qırğızıstandan gələn qonaq olduğu üzə çıxıb. Buradakı mübahisə zamanı da cinayətkar qırğızıstanlı kişinin başını kəsib.

İkinci qətldən sonra polis bir gün ərzində manyakı saxlayıb. Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3414

Oxşar yazılar