Rəşad Gəncinski və Nadir Səlifov
21 dekabr 2021 20:58 (UTC +04:00)

Rəşad Gəncinski və Nadir Səlifov

Rövşən Lənkəranskinin 2 adamını öldürən Rəşad Gəncinskinin məhkəməsi başlayır

Moskva şəhər Məhkəməsi iki nəfərin qətlində təqsirləndirilən kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan “qanuni oğru” 43 yaşlı Rəşid İsmayılovun işinə baxacaq.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, İsmayılov cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda, 12 il əvvəl qrup halında adam öldürməkdə və qanunsuz silah alverində ittiham olunur.

Cinayət işinin materiallarına görə, Gəncinski Moskvada tərəvəz bazarlarından birinə nəzarət uğrunda mübarizədə iştirak edib. 2009-cu il mayın 13-də o, şəriki ilə birlikdə Azərbaycanın nüfuzlu “qanuni oğru”su Rövşən Caniyevin (Rövşən Lənkəranski) qrupundan olan iki kriminal avtoriteti güllələyib. Ümumilikdə qətlə yetirilənlərə tapança və avtomatdan 29 güllə atılıb.

Lənkəranski Lotu Quli kimi tanınan azərbaycanlı digər məşhur “qanuni oğru” Nadir Səlifovla uzun sürən müharibə aparıb. Lənkəranskinin tərəfdaşlarına qarşı repressiya İsmayılova oğruların yığıncağında (kriminal aləmin nüfuzlu nümayəndələrinin görüşündə) “qanuni oğru” adını almağa kömək edib. Tac aldıqdan sonra o, ümumi fonda (qeyri-rəsmi oğruların xəzinəsi) nəzarət etməyə başlayıb və daha aşağı dərəcəli kriminal avtoritetlərə rəhbərlik etmək hüququ alıb.

2018-ci ildə o, Belarus hüquq-mühafizə orqanları tərəfindən Minskdəki kotteclərdən birində saxlanılıb və narkotik, silah və saxta pasport saxlamaqda təqsirli bilinib. Rəşad Gəncinskiyə  10 il iş verilib. Lakin vaxtından əvvəl azad edilib və cinayət əməllərinin araşdırılması üçün Rusiyaya təhvil verilib.

2021-ci il dekabrın 11-də cinayət işi üzrə ittiham aktı Moskva prokurorluğu tərəfindən təsdiq edilərək mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4017
avatar

Mehman Nəbiyev

Oxşar yazılar