Goranboyda qudasını maşınla vurub öldürən Əmiraslan Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 18-də baş tutacaq.
Qeyd edək ki, ötən il sentyabrın 21-də 55 yaşlı Fərrux Qasımov qəsdən “Niva” markalı avtomobillə vurularaq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayonunun Buzluq kənd sakini, 66 yaşlı Əmraslan Nağıyev saxlanılıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, F.Qasımovla Ə.Nağıyev qudadırlar, Əmraslan Nağıyev İkinci Qarabağ müharibəsi şəhidi gizir Vüsal Nağıyevin atasıdır.
Əmiraslan Nağıyev