Qardaşını öldürdü, bəraət aldı -  Prokurorluqdan ETİRAZ
22 dekabr 2021 17:31 (UTC +04:00)

Qardaşını öldürdü, bəraət aldı - Prokurorluqdan ETİRAZ

Bəzi media və sosial şəbəkə səhifələrində paytaxtın Nəsimi rayonunda Camalov Etibar Feyzəməd oğlunu qəsdən öldürməkdə təqsirləndirilən qardaşı Elçin Camalovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumatda bildirilir ki, xəbər verildiyi kimi, martın 18-də birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Etibar Camalov bıçaqla qardaşı Elçin Camalova xəsarət yetirib. Daha sonra sonuncu bundan qəzəblənərək qisas almaq niyyəti ilə evdə masanın üzərində olan bıçağı götürüb Etibar Camalovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağla Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb, Elçin Camalova qeyd edilən maddə ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il dekabrın 8-dəki hökmü ilə təqsirləndirilən şəxs Elçin Camalovun əməli “zəruri müdafiə” kimi qiymətləndirilərək ona bəraət verilib.

Məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2754
avatar

Mehman Nəbiyev

Oxşar yazılar