“Qanuni oğrular”ın lideri  oğlunun gözü qarşısında güllələndi
02 yanvar 2022 15:54 (UTC +04:00)

“Qanuni oğrular”ın lideri oğlunun gözü qarşısında güllələndi

Kutaisi oğru diasporunun liderlərindən biri, kriminal aləmdə daha çox Şotiko kimi tanınan Şota Tevdoradze Yunanıstanda güllələnib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qətl Afinada bazar günü, yanvarın 2-nə keçən gecə baş verib. 41 yaşlı Tevdoradze oğlunun gözü qarşısında başından aldığı güllə yarasından ölüb.

“Qanuni oğru”nun öldürülməsinin mümkün motivi onun Qeqa Modebadzenin oğru statusu ilə bağlı Vaja Biqanişvili (Vaja Tbilisski) ilə fikir ayrılığı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4287
avatar

Oxşar yazılar