Qaçırdığı maşındakı uşağı görən oğru...
03 may 2022 01:25 (UTC +04:00)

Qaçırdığı maşındakı uşağı görən oğru...

Hadisə Fransanın Yuxarı Pireney departamentində baş verib.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, uşağını evə aparmaq istəyən qadın avtomobili məktəbin qarşısında park edib.

Bu zaman mühərrik işlək vəziyyətdə, açar da kilidin üstündə olub. Yol ötən bir nəfər vəziyyəti görərək avtomobilə minib və hadisə yerindən uzaqlaşıb. Qadın uşağını götürüb məktəbdən çıxdıqda avtomobili yerində tapmayaraq polisə xəbər verib. 

Avtomobili qaçıran şəxs isə bir neçə dəqiqə yol getdikdən sonra uşaq səsinə çevrilib geriyə baxıb. O, uşaq oturacvağında kəmərlə qanuni formada bağlanmış uşağı gördükdə maşını 40 km aralıda polis idarəsinin qarşısında tərk edərək hadisə yerindən uzaqlaşıb.
 

# 3006
avatar

Oxşar yazılar