Polisdən gizlənən mafioz   görün necə tutuldu?
07 yanvar 2022 09:29 (UTC +04:00)

Polisdən gizlənən mafioz görün necə tutuldu?

İtaliyalı mafiozun yerini Google Mars xidməti hüquq-mühafizə orqanlarına “verəndən” sonra İspaniya polisinin əlinə keçib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 60 yaşlı kişi İspaniyada 20 il ərzində saxta adla mühakimədən uğurla yayınıb, lakin təsadüfən kameranın obyektivinə düşüb.

Nəticədə mafioz Coakkino Qammino həbs olunub.

Saxlanılan şəxs İtaliyada törədilən qətllərdə əli olmaqda şübhəli bilinir.

Vətənində o, cəzadan qaça bilib və 20 il qondarma adla İspaniyada gizlənib, öz mağazasında meyvə və tərəvəz satıb.

Qanqster təsadüfən Google Maps kamerası tərəfindən çəkilib.

Təsadüfən hüquq-mühafizə orqanlarının əməkdaşları fotoya diqqət yetirərək, onun axtarışda olan Coakkino Qammino ilə çox oxşar olduğu qənaətinə gəliblər.

Məlumat təsdiqləndikdən sonra həmin şəxsin yanına gələrək, onu elə öz mağazasında tutublar.

Mafioz baş verənlərdən hədsiz təəccüblənib və onun yanına gələn zabitlərə o qədər gizli fəaliyyət göstərdiyini, hətta 10 ildir ailə üzvlərinə belə zəng etmədiyini deyib.

Yaxın vaxtlara qədər Coakkino Qammino ən çox axtarılan italyan cinayətkarları siyahısında idi.

1998-ci ildə o, tutulub, lakin tezliklə həbsdən qaçıb.
 

# 1554
avatar

Oxşar yazılar