Parkinson   olan əmisini pula görə  öldürdü
07 oktyabr 2026 14:11 (UTC +04:00)

Parkinson olan əmisini pula görə öldürdü

0

Avstraliyanın Viktoriya ştatının Ali Məhkəməsi 45 yaşlı Cetro Kertisi əmisi, zərgər Stiven Kertisi öldürdüyünə görə 24 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə mərhumun Maffra şəhərindəki evində baş verib. Məhkəmə materiallarına əsasən, qardaşı oğlu Parkinson xəstəliyindən əziyyət çəkən və yeriməkdə çətinlik çəkən 63 yaşlı kişini döyüb və boğaraq öldürüb. Daha sonra meyitin üzərini duş pərdəsi ilə örtüb.

Ertəsi səhər Cetro əmisinin bank hesabına daxil olaraq öz hesabına 5500 Avstraliya dolları köçürüb. Bundan sonra zərərçəkənin avtomobili ilə ərazidən uzaqlaşıb, maşını yeraltı dayanacaqda saxlayıb, yoluna qatar və taksi ilə davam edib.

O, taksi sürücüsünə bir nəfəri öldürdüyünü və həbsxanaya düşəcəyini deyib. Yaxınlarına da cinayəti etiraf edən mesajlar göndərib.

Polis onu iki gün sonra saxlayıb.

Məhkəmədə Kertisin hücumdan əvvəl əmisini öldürmək istədiyini bildirdiyi mesajlar da açıqlanıb. O, qohumunun ona qarşı cinsi zorakılıq etdiyindən şübhələndiyini iddia edib. Lakin hakim Rita İnçerti bu ittihamların sübuta yetirilmədiyini xüsusi vurğulayıb.

Məhkəmə həmçinin ittiham tərəfinin cinayəti özbaşına cəzalandırma aktı kimi qiymətləndirməsi ilə razılaşmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar