Salyan rayon Polis Şöbəsinə Dayıkənd kənd sakini olan qadının ögey oğlunun tüfənglə öldürəcəyi ilə hədələnməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
X.Tarverdiyevdən və qardaşı F.Tarverdiyevdən qanunsuz saxladıqları “İJ-18E” və “TOZ-16” markalı 2 ov tüfəngi götürülüb.